Azərbaycanda bu məktəbdə 1-ci sinifdə cəmi bir şagird var


İsmayıllı rayonunun Gəndov kəndində birinci sinifdə cəmi bir şagird oxuyur. 

Bu barədə Gəndov kənd ümumi orta məktəbin direktoru Xuraman Qurbanova məlumat verib. Onun sözlərinə görə, şagirdlərin sayı az olduğundan ibtidai siniflər komplekləşdirilib.

"I və III siniflərdə 3 nəfər, II və IV siniflərdə isə 6 nəfər şagird var. Uşaq sayının az olması kəndlərdə gənc ailələrin sayının az olması ilə əlaqədardır. Bizim məktəbə Gəndov kəndi daxil olmaqla, yaxın 5 kənddən şagidlər gəlir. Bunlar Köhnə Daxar, Müşgəmir, Namazgah və Dərə kəndləridir", - direktor vurğulayıb. (azvision.az)

DİGƏR XƏBƏRLƏR

Top