ABŞ Maduronun amerikalı diplomatları qovmasına münasibət bildirdi


ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuela Prezidenti Nikolas Maduronun Venesueladakı amerikalı diplomatlarının ölkəni tərk etməsi göstərişinin əleyhinə çıxıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, ABŞ keçmiş Prezident N. Maduro rejiminin Amerika ilə diplomatik əlaqələri kəsmə, yaxud diplomatları arzuolunmaz şəxs elan etməsi məsələsində qanuni səlahiyyətə sahib olduğunu düşünmür. M. Pompeo N. Maduro hakimiyyətini qanuni görmədiklərini, bu səbəbdən onun amerikalı diplomatlara ölkəni tərk etmələri göstərişinə tabe olmayacaqlarını açıqlayıb: “ABŞ Venesuala ilə diplomatik əlaqələrini davam etdirəcək və bu əlaqəni diplomatik nümayəndəliklərimizi ölkəsinə dəvət edən müvəqqəti Prezident Quaido höküməti vasitəsilə təmin edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top