![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/11/30/1/73978016-540c-4197-89a6-16676b192365/hadi-recebli-deputat.jpg)
“Azərbaycan intibah dövrünü yaşayır. Uğurlarımız olduqca çoxdur və bütün sahələrdə inkişaf var”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.
O bildirib ki, Azərbaycan islahatlar aparan və sosial məsələlərlə ciddi məşğul olan ölkələrdən biridir: “Hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda əmin-amanlığı, sabitliyi qorumalıdır. Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər, biz ona nail olmalıyıq ki, Azərbaycanda bu məsələlər həll edilsin”.(report)