Tanınmış meyxanaçını Bakıda səhv müalicə etdilər, ayaqları tutuldu


Azərbaycanda  tanınmış meyxanaçının ayaqları tutuldu.

Tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub. O, təcili  tibbi yardım avtomobili ilə paytaxda yerləşən özəl klinikalardan  birinə yerləşdirilib. Meyxanaçı  bir müddət əvvəl belində yırtıq yarandığından həkimə müraciət edib və müalicə kursu keçib. Müayinə zamanı məlum olub  ki, müalicə səhv aparıldığından İntiqam Rüstəmovun belində olan yırtığ 9 millimetrdən 30 millimetrə qədər yüksəlib və çanaq sümüyündə pozuntu  əmələ gəlib. Bu səbəbdən meyxanaçının ayaqları tutulub. Bu gün xəstəxanaya yerləşdirilən İ.Rüstəmov neyrocərrah Əliosman Qədimbəyli tərəfindən əməliyyat olunub.

Hazırda ifaçının  səhhətinin normal olduğu bildirilir.(unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top