Ərdoğandan Maduroya dəstək - “Dik dur, yanındayıq”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduroya dəstək nümayiş etdirib. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda məlumatı Türkiyə prezidentinin mətbuat sözcüsü İbrahim Kalın yayıb.  Kalın rəsmi Tvitter səhifəsindən yaydığı məlumatda Venesuela Milli Məclisinin spikeri Yuan Quaidonun özünü müvəqqəti prezident elan etməsinə münasibət bildirib.

Kalının yaydığı məlumat isə belədir: “Prezidentimiz Venesuela prezidenti Nikolas Maduroya zəng edərək: “Qardaşım Maduro! Dik dur, yanındayıq”deyib.” O əlavə edib ki, Türkiyə, prezidentimiz Ərdoğanın hakimiyyətində bütün inqilab cəhdlərinə qarşı öz mövqeyini dəyişməyəck. İbrahim Kalın məlumatın sonunda “#WeAreMADURO” həştəqinə də yer verib.

DİGƏR XƏBƏRLƏR

Top