Bakıda yanğın qeydə alınıb.
FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı, 3 ədəd elektrik açarı və 0.5 p.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.