Xəbər verdiyimiz kimi, yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.
Görüşdə Dünya Bankında yüksək vəzifə tutan azərbaycanlı Samir Süleymanov da iştirak edib.
S.Süleymanov 2016-cı ildə Dünya Bankının Strateji başçısı təyin olunub. O, daha əvvəl Dünya Bankı administrasiyasının Daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 42 yaşlı Samir Süleymanov 1996-cı ildən Dünya Bankında çalışır. Corctaun universitetinin məzunudur. 1993-cü ildə Vaşinqtona köçüb.
Evlidir, 3 övladı var.
(virtualaz.org)