Maduro amerikalı diplomatlara 72 saat vaxt verdi: Ölkəni tərk edin


Venesuela prezidenti Nikolas Maduro ABŞ-la diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Maduro amerikalı diplomatlara ölkəni tərk etmələri üçün 72 saat vaxt verib: "Mən amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verirəm".

Xatırladaq ki, bu gün Venesuela Milli Assambleyanın (bir palatalı parlament) sədri və müxalifətin lideri Xuan Quaydo özünü ölkə Prezidentinin səlahiyyətlərini icraçısı elan edib.

ABŞ Prezidenti Donald Tramp isə Xuan Quaydonu ölkə Prezidenti kimi tanıdığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top