Ərdoğan: Bufer zonanın yaradılmasında Rusiya ilə problemimiz yoxdur

 
Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Suriya sərhədində bufer zonanın yaradılması üzrə danışıqları davam etdirəcəklər, Ankaranın bu məsələ üzrə Moskva ilə problemi yoxdur. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Moskvada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, təhlükəsizlik zonalarının yaradılması üzrə müvafiq görüşlər davam edir: “Bizə təhdid törədən bütün həmin bölgələr çox böyük önəmə malikdir və biz müvafiq tədbirlər görməliyik. Rusiya ilə bu baxımdan heç bir problemimiz yoxdur”.
 
R.T.Ərdoğan qeyd edib ki, Ankaranın Suriyada əsas hədəfi onu İŞİD və YPG terrorçularından təmizləməkdir. O bunu Türkiyənin borcu adlandırıb: “Mən bunu Rusiya tərəfinə çatdırdım. Biz bilirik ki, onları kim təhrik edir. Bizim terror təşkilatlarına qarşı mübarizəmiz davam edəcək, koordinasiyamızı gücləndirəcəyik”. 

DİGƏR XƏBƏRLƏR

Top