Mingəçevirdə təhlükəli tapıntı


Mingəçevir şəhərində qumbara və hərbi sursat aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yeniavaz.com-a verilən məlumata görə, Agentliyə Mingəçevir şəhəri, Zərifə Əliyeva küçəsində əl qumbarasının və patronların aşkar olunması barədə daxil olan məlumat əsasında qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları ərazidə abadlıq işləri aparılan sahəyə baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası, bir ədəd RQD-5 əl qumbarası, iki ədəd UZRQM partladıcısı və 53 ədəd 5.45 mm-lik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarından təhvil alınaraq Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

DİGƏR XƏBƏRLƏR

Top