Müxalifət lideri özünü Venesuela Prezidenti elan etdi

 
Venesuela Milli Assambleyanın (bir palatalı parlament) sədri və müxalifətin lideri Xuan Quaydo özünü ölkə Prezidentinin səlahiyyətlərini icra edən elan edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə o, paytaxt Karakasın Çakao rayonunda müxalifətin mitinqində deyib.
 
X. Quaydo bildirib: “Mən Venesuela Prezidentinin səlahiyyətlərini rəsmi icra etməyə və hakimiyyətin qəsb edilməsinin dayandırlmasına nail olmağa and içirəm. Konstitusiyanın 330 və 350-ci maddələrinə əsasən, məsuliyyəti öz üzərimə götürürəm və zorakılığa əl atmamağa söz verirəm”. Milli Assambleya qərarların qəbul edilməsi prosesindən faktiki olaraq kənarlaşdırılıb. O, dövlət başçısı Nikolas Maduronun siyasi rəqiblərinin nəzarəti altındadır.
 
Xatırladaq ki, yanvarın 10-da prezident seçkilərinin qalibi Nikolas Maduro dövlət başçısı vəzifəsinə qədəm qoyub. ABŞ və Lima Qrupu ölkələri (Meksika istisna olmaqla) bəyan ediblər ki, onun səlahiyyətlərini tanımırlar və yeni səsvermənin keçirilməsinə çağırıblar.

DİGƏR XƏBƏRLƏR

Top