Azərbaycanın xalq artisti Emin Ağalarov yeni doğulmuş qızına nadir adlardan birini verib - Afina. Emin Ağalarov - Alyona Qavrilova cütlüyü körpəni qədim yunan mifologiyasındakı hərb, zəfər, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsinin şərəfinə belə adlandırıb.
Emin Ağalarovla Alyona Qavrilovanın toyu 14 iyul 2018-ci ildə olub. Toy mərasimi Ağalarovların Moskvadakı obyektlərindən birində keçirilib.
Alyona Qavrilova rusiyalı modeldir. O, 1987-ci ildə Mordoviyanın paytaxtı Saransk şəhərində doğulub. On yeddi yaşında olarkən Qavrilova "Miss Mordoviya-2004" gözəllik müsabiqəsinin qalibi olub. Bu qələbədən sonra o, model biznesinə qatılıb.
Onun birinci həyat yoldaşından bir oğlu var. Alyona Qavrilova "Russkiy Standart" holdinqinin sahibi, özündən 25 yaş böyük olan Rüstəm Tariko ilə 9 il vətəndaş nikahında yaşayıb.
Ağalarov 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə evliliyinə rəsmən son verib. Ağalarov-Əliyeva cütlüyünün Əli və Mikayıl adında əkiz oğlanları və övladlığa götürdükləri Əminə adlı qızları var. (Sputnik Azərbaycan)
