Duş başlığını ərpdən təmizləmək üçün bunu edin - 1 saata təmizləyir - SADƏ ÜSUL


Duş başlığının kirəc səbəbindən kirlənməsi və tıxanması çox evlərdə rast gəlinən problemdir. Bir çox insanlar bu problemdən xilas olmaq üçün təzə duş başlığı alırlar. Duş başlığını açıb əllə təmizləməyə cəhd edənlər də olur ki, bu, çox vaxt işə yaramır.
Ancaq sən demə, duş başlığını çox sadə üsulla təmizləmək olurmuş. Yeniavaz.com saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün duş başlığına içində ağ sirkə olan sellofan bağlayın.
Duş başlığı həmin sirkəli sellofanın içində qalsın və 1 saat gözləyin. Açdığınız zaman duş başlığının ərp tutmuş hissəsinin təmizləndiyini görəcəksiniz.

DİGƏR XƏBƏRLƏR

Top