Ermənistan vətəndaşları onkoloji əməliyyatlara görə ciblərindən pul ödəməyəcəklər, dövlət bu xərcləri üzərinə götürəcək.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbə verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan deyib. Onun sözlərinə görə, dövlət bunadək əməliyyat ödənişi üçün nəzərdə tutulmuş məbləğin yalnız kiçik qismini ödəyib: "Bundan sonra vətəndaşlar dövlət sifarişi ilə işləyən tibb müəssisələrində onkoloji əməliyyatlara görə ödəniş etməyəcək”.