İsveçrənin Davos şəhərində keçirilən ənənəvi iqtisadi forumunda iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistana geri dönmədən birbaşa Moskvaya səfər edəcək. Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, Moskva səfəri zamanı Paşinyan Avrasiya İqtisadi Birliyinin mənzil qərargahında baş tutacaq tədbirdə iştirak edəcəlk. Tədbirdə Avrasiya İqtisadi Birliyinə sədrlik etmək növbəsi Ermənistana təhvil veriləcək.
Qeyd edək ki, Paşinyan Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Moldovanın üzv olduğu Avrasiya İqtisadi Birliyinin fəaliyyətindən bəhs edən açıqlama verib. Rusiya mətbuatına verdiyi açıqlamada Paşinyan deyib ki, üzv dövlətlər arasında Birliyin effektiv fəaliyyətinə mane olan 60-a yaxın problem var. Ermənistanın Baş naziri qeyd edib ki, onların Birliyə sədrliyi dövründə bu problemlərin həllinə çalışacaq.
Məlumat üçün onu da bildirək ki, Paşinyanın Moskvada Putinlə görüşüb-görüşməyəcəyi məlum deyil. Kremlin sözcüsü Dmitri Peskov bildirib ki, Putinin 5-ci gün üçün nəzərdə tutulan iş qrafikində Paşinyanla görüş nəzərdə tutulmayıb. Paşinyan sonuncu dəfə Moskvaya ötən ayın 27-də səfər edib.