Bakılı erməni jurnalist Köçəryanın təbilğinə həsr etdiyi filmə görə 100 min dollar pul alıbmış


Ermənistanda populyar “Baqramyan-26” teleqram-kanalı Rusiyanın tanınmış teleaparıcılarından biri sayılan, əslən Bakıdan olan jurnalist Roman Babayanın Robert Köçəryan haqqında çəkdiyi filmə görə 100 min dollar pul aldığını iddia edib.

Sayt bu məbləğin R.Babayanın şəxsi qonorarı olduğunu, çəkiliş qrupuna isə ayrı məbləğ ödənildiyini bildirib.

Lakin filmin sifarişçiləri nəticədən məmnun qalmayıblar. Belə ki, onlar 2008-ci il mart hadisələri ilə bağlı çəkilən proqramda Ermənistanın indiki baş naziri Nikol Paşinyanın əleyhinə daha çox şahidin danışacağını gözləyirmişlər. Bundan başqa, filmin Rusiya kanalında nümayişindən sonra pul verən şəxslər izləyicilərdən gələn mənfi reaksiyalardan da narazı qalıblar.

Mövzu barədə saytla danışan Babayanın çəkiliş qrupunun üzvlərindən biri filmin üzərində təkcə Ermənistanda deyil, həmçinin MDB ölkələri institutun və şəxsən onun direktoru deputat Konstantin Zatulinin çalışdığını qeyd edib. Onun sözlərinə görə, çəkilişi həyata keçirənlər 1 mart hadisələrində həlak olanların yaxınları ilə görüşərək onlardan obyektiv müsahibə götürəcəklərini vəd ediblər. Həmn şəxləsrin dedikləri o dərəcədə anti-Köçəryan xarakteri daşıyıb ki, montaj zamanı onları yenidən işləmək lazım gəlib. Material əsl Babayan istədiyi tərzdə hazırlanıb və bir çox şəxsdən götürülən müsahibə ümumiyyətlə proqramda yer almayıb.

Filmin montajına Robert Köçəryanın ofsinin rəhbəri Viktor Soqomonyan şəxsən nəzarət edib. (Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top