Nərmin Şahmarzadədən xəbər var - hakim imtina etdi

Xətai Rayon Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid etdiyi deyilən Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib. 

Vəkilin sözlərinə görə, hakim şikayətə mahiyyəti üzrə baxmaqdan imtina edib: “Nərmin Şahmarzadə ilə bağlı işə xitam verildiyini barədə yazan saytlara və KİV nümayəndələrinə demək istəyirəm ki, şikayətimizi hakim icraata götürmədi necə xitam verə bilər? Yalan məlumatdır. Hakim şikayəti icraata qəbul edib, lakin şikayətimizə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Qərarı götürəndən və iclas protokolları ilə tanış olduqdan sonra sonrakı addımlarımızı müəyyən edəcəyik”. 

Qeyd edək ki, Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. 

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top