Pakistanın hərbi təyyarəsi qəzaya uğradı


Pakistan Hərbi Hava Qüvvələrinin çoxhədəfli F-7PG qırıcı təyyarəsi ölkənin cənubundakı Bəlucistan vilayətində qəzaya uğrayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində təyyarənin pilotu həlak olub. Qırıcı təlim uçuşu həyata keçirirdi. Təhlükəsizlik xidmətinin nümayəndələri hazırda qəza yerində işləyirlər.
Qeyd edək ki, F-7PG Çinin Çendu J-7 təyyarəsnin Pakistan üçün hazırlanmış ixrac versiyasıdır.

DİGƏR XƏBƏRLƏR

Top