
Ötən ilin 3-cü rübünün yekunlarına görə, Ermənistan əhalisinin sayı 2 milyon 970,9 min nəfər olub.
Yeniavaz.com-un Ermənistan Milli Statistika Xidmətinin açıqladığı məlumata istinadən apardığı hesablama göstərir ki, əhalinin sayı ötən ilin əvvəlindən ötən 9 ay ərzində 0,3% və ya 8,5 min nəfər azalıb. Onu da bildirək ki, son 18 il ərzində (2000-2018-ci illər) Ermənistanda əhalinin sayı 7,8% və ya 250,2 min nəfər azalaraq 3 milyon 221,1 min nəfərdən 2 milyon 970,9 min nəfərə düşüb. Statistika Xidmətinin məlumatında həmçinin vurğulanır ki, əhalinin sayının 3 milyondan aşağı olması sonuncu dəfə ötən əsrin 70-ci illərində qeydə alınıb.
Son 18 ildə Ermənistan əhalisi:
| İllər | Əhalinin sayı, mln. nəfər |
| 2018 | 2 970,9 |
| 2017 | 2 979,5 |
| 2016 | 2 992,3 |
| 2015 | 3 004,6 |
| 2014 | 3 013,8 |
| 2013 | 3 022,0 |
| 2012 | 3 024,1 |
| 2011 | 3 027,9 |
| 2010 | 3 044,8 |
| 2009 | 3 066,0 |
| 2008 | 3 087,1 |
| 2007 | 3 107,4 |
| 2006 | 3 127,1 |
| 2005 | 3 146,4 |
| 2004 | 3 164,9 |
| 2003 | 3 182,5 |
| 2002 | 3 199,8 |
| 2001 | 3 211,8 |
| 2000 | 3 221,1 |
Tətbiqimizi yükləyə bilərsiniz