"4500 illik tarixi abidə"nin 20 yaşı var imiş


Şotlandiyanın Aberdinşayr bölgəsində kəşf edilən və 4500 yaşı olduğu bildirilən halqavari daşların 20 il əvvəl bir fermer tərəfindən oraya yerləşdirildikləri məlum olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən il sözügedən daşlar üstündə tədqiqatlar aparan arxeoloqlar, təxminən yarım eralıq bir abidə kəşf etdiklərini bildirib, vacib tarixə abidə aşkarladıqlarını düşünürdülər.
Ancaq rəsmi internet səhifəsində ciddi tədqiqatlar aparıldığını görən bir fermer, ərazinin əvvəlki sahibi olduğunu və o daşları özünün oraya yerləşdirdiyini bildirib. Nəticədə daşların altından götürülən torpaq nümunələri müəyyən sınaqlardan keçirilib və fermerin haqlı olduğu ortaya çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top