Türkiyənin apardığı “Zeytun budağı” hərbi əməliyyatından sonra nəzarətə götürdüyü Suriyanı Afrin bölgəsində 4 gün ərzində ikinci terror hücumu törədilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Afrin şəhərində minalanmış avtomobil partladılıb. İlkin məlumata görə, ölən və yaralananlar var. Hücumun Azad Suriya Ordusunun (ASO) qərargahı yaxınlığında edildiyi deyilir. Partlayış nəticəsində ASO-nun 3 üzvü həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz