Məktub yaz villa qazan - VİDEO

 
Kanadada son illərin ən maraqlı müsabiqəsi keçirilir. Kanadalı bir qadın göl kənarındakı villasını özünün təşkil etdiyi məktub yazma müsabiqəsinin qalibinə hədiyyə verəcək.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, müsabiqəyə qoşulmaq üçün 25 dollar ödəniş edilməlidir. Məktubda, göl kənarındakı bu villada yaşamağın sizin həyatınızı niyə dəyişəcəyi sualına cavab verilməlidir. Evin sahibi Alla Vaqner müsabiqəyə səbəb olaraq isə sağlamlığı ilə əlaqədar artıq burada yaşamaq istəmədiyini bildirib. Vaqner iştirakçılardan ən yaxşı 500 nəfərin əhalinin verəcəyi səslərlə seçiləcəyini, qalibi isə münsiflər heyətinin təyin edəcəyini bildirib. Müsabiqəyə dünyanın hər yerindən qoşulmaq mümkündür. Müsabiqə şərtləri haqqında ətraflı məlumatı burdan əldə edə bilərsiniz: https://www.facebook.com/notes/write-a-letter-win-a-house/contest-terms-and-conditions/2272105303027553/?__tn__=HH-R
Qeyd edək ki, 350 kvadratmetr sahəsi və 4000 kvadratmetr ərazisi olan evin qiyməti 1,3 milyon dollardır.

DİGƏR XƏBƏRLƏR

Top