ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib - VİDEO


ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.

Bu barədə WHEC telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, onlar Roçester şəhərində həbs olunublar. Saxlanılanlar 18-20 yaşlarında üç kişi və 16 yaşlı gəncdir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb.


(Report)

DİGƏR XƏBƏRLƏR

Top