Hakim qərar vermək üçün 8 dəqiqə videotəkrara baxdı


Futbol üzrə Meksika çempionatında "Qvadalaxara" və "Toluka" komandaları arasında keçirilən oyunda kuryoz hadisə baş verib.

Matçın referisi 80-ci dəqiqədə qonaq komandanın futbolçusunun zərbəsindən sonra topun qapı xəttini keçib-keçmədiyini çətinliklə müəyyənləşdirib.

VAR sistemindən yararlanan baş hakim düzgün qərar verməkdən ötrü epizodun videotəkrarına 8 dəqiqə baxıb və yekunda qol qeydə almayıb. 

Qarşılaşma "Qvadalaxara"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Meksika çempionatında VAR sistemi ötən ilin oktyabrından tətbiq edilir.(report)

DİGƏR XƏBƏRLƏR

Top