“Volvo” 200 mindən çox avtomobilini geri qaytarır


“Volvo” şirkəti bütün dünya üzrə 200 mindən çox avtomobilini geri çağırır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, buna səbəb avtomobilin yanacaq sistemində nasazlığın aşkarlanmasıdır. Güman edilir ki, benzini naqilində çatlar var. Ən pis halda yanacaq mühərrikə tökülə bilər. Geri çağırılan avtomobillər 2015-2016-cı illərdə istehsal olunmuş müxtəlif modellərdir.  Onların arasında V40, V40CC, S60, S60CC, V60, V60CC, XC60, V70, XC70, S80 və  XC90 modelləri var.

DİGƏR XƏBƏRLƏR

Top