Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək


"Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək".

Bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimlinin sözlərinə görə, bu məsələ ilə bağlı araşdırmalar aparılır:

"Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Yerlərdəki vəziyyət müəyyənləşdirilir. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar veriləcək. Yəni, həmin ərazilərdə tıxac yaratmamaq şərti ilə yolun kənarında bir cərgə avtomobillərin saxlanmasına saatla icazə veriləcək. Yəni axşam saat 19:00-dan səhər saat 07:00-a kimi parklanmaya icazə veriləcək. 07:01-dən etibarən isə artıq həmin ərazilərdə parklanan avtomobillərə cərimə yazılacaq".(trend)

DİGƏR XƏBƏRLƏR

Top