Bu ilin yanvar ayının 1-nə olan məlumata görə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 842 min 277 nəfər olub. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son 6 ildə fərdi sahibkarların sayı təxminən 2 dəfəyə yaxın artıb. Belə ki, 6 il əvvəl 2013-cu ilin əvvəlində ölkədə qeydiyyatdan keçən fərdi sahibkarların sayı 454 min 997 nəfər olub.
Məlumat üçün bildirək ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,3%), Aran (20,5%), Gəncə-Qazax (13,7%) və Lənkəran (10%) iqtisadi rayonlarında qeydiyyata alınıblar.
Fərdi sahibkarların 78,5%-ini kişilər, 21,5%-ini isə qadınlar təşkil edib.
Sahibkar qadınların 32,4%-i Bakıda, 17,2%-i Aran, 16,5%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.