“Atletiko”nun sabiq hücumçusu "Zirə"yə keçir


Malavi millisinin futbolçusu Robin Nqalande Azərbaycanda oynayacaq. 26 yaşlı hücumçu bunun üçün viza alaraq bizim klubların təlim-məşq toplanışında olduğu Antalyaya yollanıb.

CAR-ın “Baroka” klubu ilə üç illik müqaviləsini pozan Nqalandenin yeni komandasının adı açıqlanmır. Onun meneceri Pol Mitçel klubun adının hər şey tam başa çatdıqdan sonra açıqlanacağını bildirib:

“Robin Azərbaycandan bir komandaya qoşulacaq. Ancaq biz başqa detalları hər şey bitəndə açıqlayacağıq”.

Qeyd edək ki, Nqalande 2009-cu ildə Əlcəzairdə keçirilən U-17-lərin çempionatında diqqətləri özünə cəlb edib və 16 Avropa klubundan təklif alıb. O, 2010-cu ilin sentyabrında Madrid “Atletiko”suna keçib. “Atletiko”nun C komandasında oynasa da, 2011-ci ilin yayında Xose Antonio Reyes və Dieqo Kosta kimi əsas heyət oyunçuları ilə məşq keçib.

Robin Nqalande 2012-ci ildən sonra ölkəsi və CAR klublarında çıxış edib. 300 min avro dəyəri olduğu göstərilən futbolçunun Azərbaycan Premyer Liqasının autsayderi “Zirə”yə keçəcəyi gözlənilir.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top