İran prezidenti öz səhvini başa düşüb


İran prezidenti Həsən Ruhani, ölkədə internet resurslarına qoyulan qadağaları müzakirə edərək, “İnternet resurslarına qadağa qoymaqla səhv addım atdıq” deyib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Tehranda İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cehromi və nazirliyin idarə heyəti ilə görüş keçirən Ruhani internet problemini müzakirə edib. Bir sıra sosial media və internet səhifələrinə qadağa qoyulmasına etirazını bildirən Ruhani belə deyib: “Allah tərəfindən bizə səlahiyyət verilibmiş kimi öz insanlarımız haqqında qərar verə bilərik deyə fikirləşirik. Bu tamamilə səhv düşüncədir”.
Yeni texnologiyaların faydaları ilə yanaşı bəzi zərərlərinin də olduğunu deyən Ruhani, texnologiyaya qadağa qoymağın mümkünsüzlüyünü dilə gətirib. O insanların qoyulan qadağanı müxtəlif üsullarla pozduğunu və bu qərarın uğursuz olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top