Zimbabvedə Ali Məhkəmə hökumətin qərarını ləğv edib


Zimbabvenin Ali Məhkəməsi hökumətin internetlə bağlı qərarını ləğv edib. Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, ötən həftə Zimbabvenin Dövlət təhlükəsizlik nazirinin göstərişi ilə ölkə ərazisində baş verən etirazlarla əlaqədar internetə giriş dayandırılıb.
Zimbabvenin Ali Məhkəməsi internet abunəçilərinin şikayətləri əsasında qərar qəbul edərək bildirib ki, nazirin belə bir göstəriş verməyə səlahiyyəti yoxdur. Qərarda qeyd olunub ki, mobil şəbəkə operatorları dərhal bütün abunəçiləri tam və məhdud olmayan internetə çıxışını təmin etməlidirlər.
 

DİGƏR XƏBƏRLƏR

Top