Bu kəndə əhalisinin sayından 1000 dəfə artıq turist gəlir

 
Türkiyənin Nevşehir şəhərinin Görəmə kəndi turistlərin ən çox üz tutduğu məkanlardandır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu kənd hər il milyonlarca insan tərəfindən ziyarət edilir. Təbii qaya oymaları, pəribacaları ilə dolu olan vadiləri və qayalara yonulmuş tarixi monastrları, hava şarları ilə edilən səyahətləri bu kəndə olan turist axınlarının başlıca səbəbləridir. Türkiyənin qabaqcıl turizm məkanlarından Kapadokiyanın mərkəzi rolunu oynayan, 2 min 150 nəfər əhalisi olan bu kənd, təkcə ötən il 2 milyon 949 min 542 turist qəbul edib.
 

DİGƏR XƏBƏRLƏR

Top