Azərbaycanda işsizlərə verilən müavinət kəskin azalıb - RƏSMİ


Bu ilin əvvəlinə olan məlumata görə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20,1 min nəfər olub, onların 37,2 faizini qadınlar təşkil edib.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, işsiz statusu verilən şəxslərin sayı təxminən 2 dəfə azalıb. Belə ki, ötən ilin əvvəlinə olan məlumata görə ölkədə 38,5 min nəfər rəsmi işsiz statusu verilən şəxs olub.
Son bir il ərzində rəsmi işsiz statusu verilən şəxslərə verilən işsizlikdən sığorta ödənişinin orta məbləği də kəskin azalıb. 2018-ci ilin əvvəlində işsizlik müavinətinin orta məbləği 291,2 manat olduğu halda, bu ilin əvvəlində işsizlikdən sığorta ödənişinin orta məbləği 196 manat təşkil edib. Rəqəmələrdən də göründüyü kimi son bir ildə işsizlik müavinətinin orta məbləği 95,2 manat azalıb.
Məlumat üçün bildirək ki, rəsmi qeydə alınan işsizlərin sayı və işsizlikdən sığorta ödənişinin orta məbləği son illər ərzində qeydə alınan ən aşağı səviyyəyə düşüb.
Müqayisə üçün son 6 ildə qeydə alınan rəsmi işsizlərin sayı və işsizlikdən sığorta ödənişinin orta məbləğini təqdim edirik:
İllər Rəsmi qeydə alınan işsizlərin sayı,
min nəfər
İşsizlikdən sığorta ödənişinin orta məbləği, manat
1 yanvar 2013 36,8 224,1
1 yanvar 2014 36,2 268,8
1 yanvar 2015 28,7 289,2
1 yanvar 2016 28,9 262,3
1 yanvar 2017 33 257
1 yanvar 2018 38,5 291,2
1 yanvar 2019 20,1 196
 
 

DİGƏR XƏBƏRLƏR

Top