​Bayram Səfərov bahalı avtomobilindən DANIŞDI: "Axı mənim yanımda Tramp kimdir?"


Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS" model avtomobildə gəzməyindən danışıb.

Yeniavaz.com xəbər verir ki, İcra başçısı Bayram Səfərov Demokrat.Az-a sözügedən model avtomobildən dünyada çox istehsal edildiyini deyib: "Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!".
Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS" model avtomobili verilib.
Hazırda sözügedən avtomobilə "58-AA-001" dövlət nömrə nişanı taxılıb.
Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top