Kerç boğazında iki gəmidə yanğın - 14 ölü - VİDEO - YENİLƏNİB

Kerç boğazında yanan iki gəmidə ölənlərin sayı 14 nəfərə çatıb.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.

Novorossiysk Xilasetmə-Əlaqələndirmə Mərkəzinin məlumatına əsasən xilasetmə işlərinə 10 gəmi cəlb edilib.

23.11

Qara dənizinin şimalında Kerç boğazında iki gəmidə yanğın baş verib. Yanğın nəticəsində 11 nəfər ölüb, 14 nəfər yanıq xəsarəti alıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin ehtimallara görə, gəmilərin birində partlayış olub, yanğın daha sonra ikinci gəmiyə keçib.

"Kandiy" gəmisində 17 nəfər, digər gəmi "Maestro"da isə 14 nəfər olub.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelikin gəmilərin sahibinin Türkiyə vətəndaşı ola biləcəyini açıqlayıb: 

"İlkin məlumatlara görə, hər iki komandada ümumilikdə 31 nəfər olub ki, onlardan da 16-sı türkdür. Gəmilər Tanzaniya bayrağı altında üzüb. Lakin, ola bilsin ki, sahibi Türkiyə vətəndaşıdır".

 

 

DİGƏR XƏBƏRLƏR

Top