Qiyam təşkil etməyə çalışan bir qrup hərbçi təslim olub və Venesuela Silahlı Qüvvələrinin nəzarəti altındadır. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, söhbət Milli Qvardiyasında xidmət edən məhdud qrupdan gedir.
Həmin qrup yerli vaxtla səhər saatlarında silah ələ keçirib və 4 həmkarlarını girov götürüb. İnsident paytaxt Karakasdakı kazarmaların birində baş verib.