Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət edib


Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət edib. 

Yeniavaz.com saytı quruma istinadən xəbər verir ki, bu gün səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edildiyindən BNA sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.

Eyni zamanda, piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

DİGƏR XƏBƏRLƏR

Top