“Başınız qarışıb sürücülük vəsiqəsi satmağa..." - Təhsil eksperti DYP-ni ittiham etdi


"Yanvarın 18-də saat 19 radələrində Səbail rayonunun "Parlament" prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik Xəstəxananın həkim-kardioloqu, 2 ay əvvəl ailə qurmuş Lalə Sadayzadəni vurub və nəticədə xanım həkim hadisə yerində ölüb. Allah Rəhmət eləsin.
Dünyanın hər yerində piyada keçid zolaqları işıqlandırılır. Bunu hələ indiyə qədər bilmirsiniz?". Yeniavaz.com xəbər verir ki, bunu tanınmış ekspert Etibar Əliyev bildirib. 
"Dövlət Yol Polisinə qiyməti 50-60 min dollarlıq maşınlar almaq əvəzinə bunu etmək lazımdır. Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa. DTX, Müdafiə Nazirliyi və Milli Məclisin yaxınlığındakı piyada keçid zolağında adam vurana da yəqin ki, sürücülük vəsiqəsi əyri yolla verilib. 
Neftçilərdən Qaraçuxur və Bakıxanov Qəsəbəsinə düşən yolda gecə göz-gözü görmür. Orda da zülmətin içində piyada keçidi zolağı var. Ukraynanın əyalətlərində belə piyada keçid zolaqları içəridən işıqlandırılır. Bizdə sürücülər bu zolağı keçəndən, yaxud piyadanı vurandan sonra bunu bilirlər",-deyə E. Əliyev vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top