
İşğal altında olan Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan rayon və şəhərlər istisna olmaqla Azərbaycanda yaşı 100-dən çox olan 275 nəfər yaşayır. Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistik göstəricilərə istinadən bidirir ki, yaşı 100-dən çox olan insanların 187-si qadın, 88-i kişidir.
Yaşı 100-dən çox olan insanların 89 nəfəri (22 kişi, 67 qadın) Bakı şəhərində yaşayır. Digər rayon və şəhərlər arasında yaşı 100-dən çox olan insanlar ən çox Lənkəran və Hacıqabul rayonlarında yaşayırlar. Bu rayonların hər birində yaşı 100-dən çox olan 9 nəfər yaşayır. Şəmkir, Neftçala, Ağdaş, Zərdab və Şirvan rayonlarında isə 100 yaşından yuxarı insan qeydə alınmayıb.
Azərbaycanın yaşı 100-dən yuxarı olan insanların rayon və şəhərlər üzrə sayı belə olub:
| Şəhər və Rayonlar |
100-dən çox yaşı olanlar, nəfər | Kişi, nəfər | Qadın, nəfər |
| Bakı şəhəri | 89 | 22 | 67 |
| Xızı rayonu | 6 | 2 | 4 |
| Abşeron rayonu | 3 | 2 | 1 |
| Sumqayıt şəhəri | 6 | 5 | 1 |
| Gəncə şəhəri | 3 | 1 | 2 |
| Qazax rayonu | 1 | 1 | - |
| Ağstafa rayonu | 1 | - | 1 |
| Tovuz rayonu | 7 | 6 | 1 |
| Şəmkir rayonu | - | - | - |
| Gədəbəy rayonu | 5 | - | 5 |
| Daşkəsən rayonu | 2 | 2 | - |
| Samux rayonu | 2 | - | 2 |
| Göygöl rayonu | 1 | 1 | - |
| Goranboy rayonu | 2 | - | 2 |
| Naftalan şəhəri | 2 | - | 2 |
| Balakən rayonu | 3 | 1 | 2 |
| Zaqatala rayonu | 2 | - | 2 |
| Qax rayonu | 7 | - | 7 |
| Şəki şəhəri | 1 | 1 | - |
| Oğuz rayonu | 2 | 1 | 1 |
| Qəbələ rayonu | 3 | 3 | - |
| Astara rayonu | 2 | 1 | 1 |
| Lənkəran şəhəri | 9 | 3 | 6 |
| Lerik rayonu | 1 | - | 1 |
| Yardımlı rayonu | 3 | 3 | - |
| Masallı rayonu | 5 | 1 | 4 |
| Cəlilabad rayonu | 2 | 1 | 1 |
| Qusar rayonu | 3 | 3 | - |
| Xaçmaz rayonu | 1 | - | 1 |
| Quba rayonu | 1 | 1 | - |
| Şabran rayonu | 2 | 2 | - |
| Siyəzən rayonu | 2 | 2 | - |
| Göyçay rayonu | 1 | 1 | - |
| Beyləqan rayonu | 2 | 1 | 1 |
| Ağcabədi rayonu | 2 | 2 | - |
| Bərdə rayonu | 1 | - | 1 |
| Neftçala rayonu | - | - | - |
| Biləsuvar rayonu | 1 | - | 1 |
| Salyan rayonu | 1 | - | 1 |
| Yevlax şəhəri | 3 | - | 3 |
| Mingəçevir şəhəri | 3 | 2 | 1 |
| Ağdaş rayonu | - | - | - |
| Ucar rayonu | 1 | - | 1 |
| Zərdab rayonu | - | - | - |
| Kürdəmir rayonu | 5 | 1 | 4 |
| İmişli rayonu | 2 | - | 2 |
| Saatlı rayonu | 3 | 2 | 1 |
| Sabirabad rayonu | - | - | - |
| Hacıqabul rayonu | 9 | 2 | 7 |
| Şirvan şəhəri | - | - | - |
| Qobustan rayonu | 1 | 1 | - |
| İsmayıllı rayonu | 3 | - | 3 |
| Ağsu rayonu | 5 | 2 | 3 |
| Şamaxı rayonu | 2 | 1 | 1 |
| Naxçıvan MR | 49 | 6 | 43 |
| CƏMİ | 275 | 88 | 187 |
Tətbiqimizi yükləyə bilərsiniz