Rusiyanın ən yaşlı qadını vəfat etdi


Kabardin-Balkariya respublikasının Baksan rayonunda Rusiyanın ən yaşlı qadını Nanu Şaova vəfat edib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, qadının 128 yaşı olub. O, 2017-ci ilin iyulunda ölkənin ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü. Qadının oğlu Hüseyn Şaov demişdi ki, anasının 8 uşağı, 19 nəvəsi, 33 nəticəsi və 7 kötücəsi var.

DİGƏR XƏBƏRLƏR

Top