Ötən il Gürcüstandan Azərbaycana ümumi dəyəri 190 milyon 284,2 min dollar olan 13 min 47 avtomobil ixrac olunub. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, ixrac olunan avtomobilin 1 ədədinin orta gömrük dəyəri 14 min 584 dollar olub.
Məlumat üçün bildirək ki, Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin gömrük dəyəri əvvəlki illə müqayisədə 32,8% aşağı düşüb. Belə ki, ötən il Gürcüstandan Azərbaycana gətirlən avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 19 min 374 dollar təşkil edib.
Onu da qeyd edək ki, 2017-ci ildə Gürcüstandan Azərbaycana ümumi dəyəri 88 milyon 119 min dollar olan 4 min 548 avtomobil ixrac olunub.