
Palau Resublikası Kosovanın müstəqilliyini tanıdıqdan sonra bu qərarından imtina edən 13-cü ölkə olub.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bunu ölkəsinin uğuru adlandırıb. Bununla belə o, Serbiya vətəndaşlarını eyforiyaya qapılmamağa çağırıb, çünki Kosova və Metoxiyada vəziyyət ağır olaraq qalmaqda davam edir. Serbiya lideri qarşılıqlı kompromis əsasında Priştina ilə razılığa gəlməyə hazır olduğunu bəyan edib. Xatırladaq ki, Kosova və Metoxiya 2008-ci ilin fevralında birtərəfli qaydada müstəqilliyini elan edib. BMT-nin Beynəlxalq Məhkəməsi 2010-cu ildə onun müstəqilliyini tanıyıb. Serbiyanın versiyasına əsasən, hazırda 104 ölkə Kosovanın müstəqilliyini tanıyır, Priştina isə iddia edir ki, belə dövlətlərin sayı 117-dir. 60-dan çox ölkə isə Kosovanın müstəqilliyini tanımaqdan imtina edib.
Tətbiqimizi yükləyə bilərsiniz