Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərində əslən Azərbaycanın Salyan rayonundan olan, 1970-ci il təvəllüdlü Şirinov Həsən Sabir oğlu adlı iş adamı itkin düşüb.
Artıq 4 gündür yoxa çıxan iş adamının oğurlandığı ehtimal edilir.
Həm Xarkov şəhərində, həm də Boqoduxov şəhərində yaşayan H.Şirinovun axrıncı dəfə sonuncu şəhərdəki evindən çıxdığı və bundan sonra onunla bütün əlaqələrin itdiyi bildirilir. O, uzun müddətdir Xarkov vilayətində yaşayır, kənd təsərrüfatı biznesi ilə məşğuldur.
Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması və ya itkin düşməsi faktı qeydə alınıb. (report)