İngiltərə şahzadəsi məhkəməyə verilə bilər


İngiltərə Kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu, 97 yaşlı şahzadə Filip cəzalandırıla bilər. Buna səbəb şahzadənin avtomobil sürərkən təhlükəsizlik kəmərindən istifadə etməməsidir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, polis ictimaiyyətə verdiyi açıqlamada bununla bağlı şahzadəyə xəbərdarlıq edildiyini bildirsə də, ona hansı cəzanın veriləcəyi barədə məlumat yoxdur.
Britaniyanın nəqliyyat qanunlarına əsasən təhlükəsizlik kəmərini taxmadan avtomobili idarə edən sürücülərə 100 funt-sterlinq cəza verilir. İş məhkəməyə gedərsə bu cəza 500 funt-sterlinq olur.
Qeyd edək ki, şahzadə üç gün əvvəl avtomobil qəzası törədib. Qəza zamanı özü xəsarət almasa da bir nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top