İsrailin hava zərbələrində suriyalı hərbçilər həlak olub


İsrailin Suriya ərazisinə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 4 suriyalı hərbçi həlak olub, 6 hərbçi isə yaralanıb, Dəməşq beynəlxalq aeroportunun  infrastrukturu qismən zərər görüb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Milli İdarəetmə Şurasından deyiblər. Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri qərbi, cənub-qərbi və cənub istiqamətlərindən Suriya ərazisinə üç aviasiya zərbəsi endirib. Suriyanın Hava Hücumundan Müdafiə bölmələri İsrailin 30-dan çox qanadlı raketini və idarə olunan aviabombanı məhv edib.

DİGƏR XƏBƏRLƏR

Top