Babək prospektində yol niyə çöküb? - RƏSMİ CAVAB - YENİLƏNİB


"Bir müdət idi ki, Babək prospektində çökmə yox, asfalt örtüyünün qabarması halı müşahidə olunurdu. Bu vəziyyət, sadəcə, yolda yox, səkidə və səkidən kənar hissələrdə də var idi. 

Bu sözləri Azərbaycan Dövlət Avtomobil Yollarının sözçüsü Anar Nəcəfli bildirib. O qeyd edib ki, əraziyə texniklər cəlb olunub və araşdırma aparılıb:

"Aydın oldu ki, bu yol əvvəllər neft tullantılarının ərazisi olub. Yol həmin neft tullantılarının üzərindən çəkildiyinə görə, kiçikhəcmli bir problem yaşanıb. Yəni yolun yeni təmir olunmasının buna heç bir aidiyyəti yoxdur. Bu qabarmalar yolun kənarlarında da müşahidə olunur. Cəmi 2-3 kvadrat metrlik ərazidə bu hal yaşanıb və həmin ərazi qaşınaraq yenidən bərpa olunur.

Bu səbəbdən yolun 200 metrlik hissəsi bağlanıb. Avtonəqliyyat vasitələrinin hərəkəti yardımçı yol vasitəsi ilə təmin edilib".

Mətbuat katibinin sözlərinə görə, yolda təmir işləri axşam saatlarına kimi başa çatacaq. (qafqazinfo)

***10:49
Paytaxtın Babək prospekti istiqamətində asfalt örtüyü çöküb. Yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən istiqamətdə yolun təxminən 2-3 kv. metr hissəsində asfalt örtüyü deformasiyaya uğrayıb.

“Hazırda əməkdaşlarımız ərazidədir, həmin deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır. İlkin ehtimallara görə, deformasiyaya həmin yolda yenidənqurma işləri aparılan zaman yolun altından çəkilən yeni kommunikasiya xətləri səbəb olub”.

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top