Trampın qızı Dünya Bankının rəhbəri olacaq - İDDİA


Dünya Bankının prezidenti Cim Yonq Kim təqaüdə ayrılacağını bildirdikdən bir müddət sonra bu posta gətiriləcək yeni namizədlər arasında ABŞ prezidenti Donald Trampın qızı İvankanın da olması iddia edilib. Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin prezidenti Mark Qrin, Xəzinədarlıq Beynəlxalq Əlaqələr müşaviri Deyvid Malpas və ABŞ-ın əvvəlki Birləşmiş Millətlər Təşkilatı nümayəndəsi Nikki Halley kimi nüfuzlu şəxslər məsələyə ciddi etirazlarını bildiriblər.

ABŞ-da Donald Trampın vəzifəsindən kənarlaşdırılması üçün mübarizə aparan amerikalı milyarder Tom Steyr, öz rəsmi “Twitter” səhifəsində bu sözlərə yer verib: “Bu indiyə kimi eşitdiyim en axmaq iddialardan biridir. Nepotizm də korrupsiyanın ayrı qoludur. Açığı təəccüblənmədim amma, axmaqlıq inanılmaz həddədir”.

DİGƏR XƏBƏRLƏR

Top