Aybəniz Haşımova: "Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım"


20 Yanvar gecəsini heç unutmadım. Günahsız yerə millətimin qanı töküldü...Bu işdə birbaşa əli olan Qorbaçovun və digərlərinin Allah cəzasını versin.

Bu sözləri əməkdar artist Aybəniz Haşımova bildirib.

Onun sözlərinə görə, "Vətən" cəmiyyətinin xətti ilə Türkiyə səfərinə hazırlaşırmış və məşqdən evə qayıdanda "Qızıl ordu dairəsi"ndə bütün yollar bağlanmışdı: "İnsanlar küçələrdə təşviş içindəydilər. Soruşdum bu nədir? Dedilər, rus qoşunları şəhərə girməsin deyə insanlar toplaşıb. Heç çox keçmədi, yaşadığım evin eyvanında dayanıb hadisənin hara varacağını həyəcanla izləyirdim ki, birdən tanklardan dayandığım eyvana atəş açıldı, insanların qışqırığı, fəryadı göylərə qalxdı. Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım", - deyə Aybəniz Haşımova qeyd edib. (Teleqraf.com)

DİGƏR XƏBƏRLƏR

Top