Dünyanın ən yaşlı kişisi ölüb


Dünyada ən yaşlı kişisi hesab olunan Yaponiya sakini Masadzo Nonaka ömrünün 113 il 179 günündə vəfat edib

Masadzo 1905-ci il iyulun 25-də doğulmuşdu. Onun ikisi 2018-ci ildə hələ sağ olan beş övladı vardı. Son illər Masadzo Nonaka Hakkoyda adasının Meakan dağının ətəyində nəvələri ilə birlikdə yaşayırdı. O, qəzet oxumağı, sumo döyüşlərinə və opera tamaşalarına baxmağı sevirdi.

Nonakanın ölümü ilə dünyada ən yaşlı kişi statusunun 1905-ci il oktyabrın 15-də doğulmuş alman Qustav Qernetə keçəcəyi bildirilir. (Azərtac)

DİGƏR XƏBƏRLƏR

Top