Azərbaycan 20 Yanvar faciəsini bir dəqiqəlik sükutla yad etdi


Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.

Yeniavaz.com xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər, metro və yerüstü qatarlar səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

Qeyd edək ki, 1990-cı il 20 Yanvar hadisələrindən 29 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Bu hadisə nəticəsində heç bir günahı olmayan 137 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top