Türkiyənin Kastamonu şəhərində maraqlı hadisə baş verib.
E.K. adlı gənc səhhətində problem olduğu üçün əsgərliyə aparılmayıb.
Buna görə də o, intihara cəhd edib. E.K. yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atacağını deyib. Lakin hadisə yerinə gələn xilasetmə qüvvələri onu fikrindən daşındıra bilib. Bölgənin ədliyyə müdiri gənclə söhbət edib və onun problemlərini həll edəcəyinə dair söz verib.
Bundan sonra gənc intihar cəhdindən vaz keçib. Polis onu idarəyə aparıb və sorğuya çəkib.(Publika.az)